![](/uploads/img/posts/2024/01/25/65b25bbef3dec65b25bbef3ded170618771065b25bbef3dea65b25bbef3debjpg-1706188227.jpg)
Ukraynalı hərbi əsirlərin olduğu Rusiyanın İl-76 təyyarəsi ABŞ-nin "Patriot" hava hücumundan müdafiə sistemi ilə vurulmuş ola bilər.
Yenizaman “RİA Novosti“yə istinadən xəbər verir ki, bu barədə "France info" radiosu hərbi mənbəyə istinadən məlumat yayıb.
“İl-76 təyyarəsi Ukrayna ordusunun sərəncamında olan ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi ilə vurulub”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Rusiyanın "İl-76” təyyarəsi yanvarın 24-də Belqorod səmasında vurulub, təyyarədə olan 74 nəfərin hamısı həlak olub. Rusiya təyyarədəkilərdən 65-nin ukraynalı hərbi əsir olduğunu açıqlayıb. Əsirlər dəyişdirilmək üçün gətirilirmiş.
.