Rusiya Çinə Tayvana hava yolu ilə hücum hazırlığında kömək edə biləcək hərbi texnika və texnologiya satır.

Bu barədə “The Washington Post“ nəşri Birləşmiş Krallıqda fəaliyyət göstərən müdafiə və təhlükəsizlik üzrə “Royal United Services” institutunun araşdırmasına istinadən məlumat yayıb.

Bildirilir ki, “Royal United Services” institutunun əldə etdiyi sənədlərin təhlilinə əsasən, Rusiya Çinə Tayvana hava hücum hazırlığında istifadə oluna biləcək hərbi avadanlıq və texnologiya satır.

“Royal United Services” institutunun təhlili Moskvanın Pekinə tədarük edəcəyi avadanlıqların və müqavilələrin yer aldığı təxminən 800 səhifəlik sənədlərə əsaslanır. Bu sənədləri “Black Moon” adlı haker qrupu ələ keçirib.

Rusiya sənədlərinə əsasən, Moskva Çinə təxminən 210 milyon dollar dəyərində hava-desant avadanlığı, təlim və amfibiya nəqliyyat vasitələri satmaq barədə razılıq əldə etdiyini göstərir.

.