Respublikaçılar Konqres Senatında ən azı 51 səs alıb.

Bu barədə Fox News məlumat yayıb.

Qeyd edilib ki, bu da Respublikaçılara yuxarı palataya nəzarət etmək imkanı verəcək.

Hazırkı Senatdakı 100 yerdən 49-na Respublikaçılar, Demokratlar isə onları dəstəkləyən müstəqil namizədlərlə birlikdə 51 yerə nəzarət edirlər. Kanalın hesablamalarına görə, seçkilərin nəticələrinə əsasən, Respublikaçıların yuxarı palatadakı yerləri ən azı iki dəfə artacaq.

.