"Taliban" yaraqlıları Bədəxşan əyalətinin inzibati mərkəzi - Əfqanıstanın şimalındakı Faizabad şəhərini ələ keçirib.
"Pajhwok" agentliyi verdiyi xəbərə görə, "Taliban" ölkənin 9 şimal əyalətindən 7-nin inzibati mərkəzinə nəzarət edir.
Hökumət qüvvələri yalnız Bəlx vilayətinin inzibati mərkəzi Məzari-Şərif və Fəryab vilayətinin inzibati mərkəzi Məymanə şəhərlərində qalıb.
Agentlik bildirib ki, Bədəxşan vilayətinin 27 rayonundan 25-i artıq "Taliban" qruplaşmasının nəzarətinə keçib.
Hökumət qüvvələri bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra tələb olunan hava dəstəyi ilə təmin olunmadığı və əraziyə heç bir əlavə qüvvə göndərilmədiyi üçün Feyzabaddan geri çəkilib.
Yerli agentlik bildirib ki, avqustun 10-da "Taliban" Fərəh və Bağlan vilayətlərinin inzibati mərkəzləri olan Fərəh və Pul-i Xumri şəhərlərini də ələ keçirib. Əfqanıstanın cənubundakı Qəndəhar və Helmand vilayətlərində ağır döyüşlər davam edir.
"Hama Press" agentliyi isə hökumət ordusunun "Taliban"ı Bədəxşan və Bağlan vilayətlərindən qovduğu barədə yazıb.
Agentlik, həmçinin Əfqanıstan Prezidenti Əşrəf Qani və keçmiş vitse-prezident Marşal Əbdül-Rəşid Dostumun "Taliban"a qarşı cavab zərbələrini təşkil etmək üçün Məzari-Şərifə gəldiklərini bildirib.
.
