“Fenway Sports Group” “Liverpul” futbol klubunu satışa çıxarıb.
Bu barədə “The Athletic” nəşrinin jurnalisti Devid Ornştayn məlumat verib.
“FSG tez-tez “Liverpul”un səhmdarları olmaqda maraqlı olan üçüncü şəxslərdən təkliflər alır. FSG daha əvvəl uyğun şərtlər altında, bu, klubun maraqlarına cavab verərsə, yeni səhmdarları nəzərdən keçirəcəyini bəyan etmişdi”, - şirkətin nəşrə açıqlamasında bildirilib.
“Fenway Sports Group”un təsisçisi ingilis klubunu 2010-cu ildə alıb. Hazırda kiminlə və hansı mərhələdə danışıqların getdiyi məlum deyil.
13 oyundan sonra “Liverpul” 19 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində səkkizinci yerdədir.
Çempionlar Liqasının qrup mərhələsinin nəticələrinə əsasən, Yurgen Kloppun yetirmələri A qrupunda ikinci yeri tutub. Avropanın əsas klub turnirinin 1/8 final mərhələsində “Liverpul” “Real Madrid”lə qarşılaşacaq.
.