"Hizbullah" qəraragahını Beyrutdan çıxarıb.
Yenizaman xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.
Məlumata görə, son günlər "Hizbullah" Beyrutun Dahieh qəsəbəsindəki qərargahını tamamilə boşaldıb.
Bu ayın əvvəlində Beyrutda "Hizbullah"ın ali hərbi komandiri Fuad Şükrün və Tehranda HAMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsindən sonra, "Hizbullah"ın İsrailin potensial zərbələri ərəfəsində yüksək rütbəli şəxsi heyətini paytaxtdan uzaqlaşdırdığı bildirilmişdi. İndi isə Livanın “Al Joumhouria” xəbər saytı "Hizbullah"ın siyasi qanadı da daxil olmaqla bütün əməliyyatını Beyrutdan köçürdüyünü bildirir.
.