Britaniyanın Müdafiə Nazirliyi hərbçilərinin Ukraynaya getməsini qadağan edib.

"Independent" qəzeti xəbər verir ki, əks halda onlar intizam və inzibati tədbirlərə məruz qala bilərlər,

Nəşr Müdafiə Nazirliyinin bəyanatından sitat gətirib:

"Bütün hərbi qulluqçuların növbəti xəbərdarlıq edilənədək Ukraynaya getməsi qadağandır. Bu, məzuniyyətdə olub-olmamasından asılı olmayaraq bütün hərbi qulluqçulara aiddir".

Qəzetin yazdığına görə, nazirlik "Coldstrim" alayının 4 britaniyalı əsgərinin itkin düşməsindən sonrabelə bir bəyanat yayıb.

Onların Ukraynaya getdiyi güman edilir.

.