Çin Xalq Azadlıq Ordusu döyüşə başlayacaq.

Bu barədə Çinin “Global Times” qəzeti məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, ABŞ və Qərb ölkələri ilə artan gərginlik fonunda, potensial düşmənin ilk hücum edəcəyi təqdirdə Çin döyüşə başlayacaq.

“Biz hücuma məruz qalana qədər hücum etmirik. Lakin bu baş verərsə, Çin şübhəsiz ki, əks hücuma keçəcək”,- deyə qeyd olunub.

Qəzetin müəllifləri xatırladırlar ki, Çin xalqının tarixində çoxlu müharibələr olub.

Ölkə dəfələrlə xarici təcavüzə və istilalara məruz qalmış, bu da əhaliyə böyük əziyyətvermişdir.

.