Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin tutulması barədə məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Qazaxıstan Teleqraf Agentliyi “Kaztag” məlumat yayıb.

***

13:18

 

Bu gün Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıb.

Yenizaman"Orda.kz"ya istinadən xəbər verir ki, onlarla bərabər Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksək vəzifəli əməkdaşları saxlanılıb.

Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr "Orda"ya təsdiqləyib.

Nurtleu Çindən ŞƏT sammitindən qayıtdıqdan sonra evində tutulub, müstəntiqlər nazirin və Hacıyevin evində axtarış aparıblar.

 

.