Kreml Rusiya Prezidenti Vladimir Putinin dekabrın 27-də Federal Məclisə müraciət edəcəyi ilə bağlı xəbərləri təkzib edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu tarixi yanlış adlandırıb.
Qeyd edək ki, RİA Novosti Agentliyi Dövlət Dumasındakı mənbəsinə istinadən Putinin dekabrın 27-də Federal Məclisə müraciət edə biləcəyi ilə bağlı məlumat yayıb.
***
Rusiya Prezidenti Vladimir Putin iki həftədən sonra Federal Məclisə müraciət edə bilər.
Bu barədə RİA "Novosti"yə Dövlət Dumasındakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, Prezidentin Federal Məclisə dekabrın 27-də müraciət edəcəyi ilə bağlı məlumat var, lakin bu tarix dəqiq deyil.
Qeyd edək ki, Rusiya Prezidenti hər il Dövlət Dumasının deputatlarına və Federasiya Şurasının üzvlərinə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında müraciət edir.
Dünən Kremlin sözçüsü Dmitri Peskov bu il Putinin böyük mətbuat konfransının planlaşdırılmadığını açıqlamışdı.
.
