Moskva ABŞ və NATO-nun yazılı sənədinə cavab hazırlamağa davam edir.
Bu barədə RİA Novosti yüksək rütbəli diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Lavrov NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinə, o cümlədən ABŞ dövlət katibi Entoni Blinkenə NATO-nun istinad etdiyimiz təhlükəsizliyin bölünməzliyi kimi fundamental prinsipi necə başa düşdüyü ilə bağlı cavab göndərib. Və mesajımıza Qərbdən cavab yoxdur".
Diplomatik mənbə bildirib ki, göndərilən mesajın ABŞ və NATO-ya Moskvanın cavabı kimi təqdim etmək yanlışdır.
"Biz onların yazılı cavablarını təhlil etməyə davam edirik. Bizim reaksiyamız hazırlanır”, - mənbə bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü yanvarın 31-də Rusiyadan yazılı cavab alındığını bildirib.
.
