Hökumətin Fəaliyyətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın nəzarətində olan üçüncü tərəf siyasi təşkilatına 100 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatlarına görə, Mask və Trampın ortaqları son günlər iş adamının Amerika liderinin nəzarətində olan qrupa maliyyə ayırması barədə danışıblar.

Qəzet yazır ki, Mask ABŞ Prezidentinin xarici təşkilatına bu qədər böyük siyasi töhfələr verən ilk Ağ Ev əməkdaşı olacaq.

NYT-nin məlumatına görə, Maskın investisiya planlarına əməl edib-etmədiyi hələlik məlum deyil.

İş adamı və Ağ Ev qəzetə şərh verməyib.

.