Fransa prezidenti Emmanuel Makron və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı təxminən yarım saat davam edib.
Bu barədə “BFM” telekanalı məlumat yayıb.
Məlumatda söhbətin təfərrüatları verilmir. Söhbət Makronun Rusiya prezidenti Vladimir Putinlə danışıqlarından sonra baş tutub.
Xəbər verdiyimiz kimi, “AFP” agentliyinin məlumatına görə, Fransa və Rusiya Federasiyasının liderləri 1 saat 45 dəqiqə danışıblar.
.
