Fransa Prezidenti Emmanuel Makron ikinci müddətə Fransa Prezidentliyinə namizədliyini irəli sürəcək.
Bu barədə France İnfo radiostansiyası məlumat yayıb.
Məlumata görə, Makron sabah bölgə KİV-dən birində dərc olunacaq məktubunda bu barədə planlarını açıqlayacaq.
Fransada prezident seçkilərinin birinci turu 10 apreldə, ikinci tur isə 24 apreldə baş tutacaq.
.
