Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu argentinalı hücumçu Lionel Messiyə ildə 1 milyard avro təklif edib.
Yenizaman-ın "Le10sport"a istinadən verdiyi məlumata görə, Səudiyyə klubunun nümayəndələri Messi hələ Fransanın PSJ-də çıxış etdiyi vaxt onunla görüşüb, lakin argentinalı heç vaxt Səudiyyə Ərəbistanına getmək istəməyib. Yay transfer pəncərəsi zamanı o, "İnter Mayami" ilə müqavilə imzalayıb.
Messi "Barselona"da 2003-2021-ci illərdə çıxış edib. Hər iki tərəfin istəyinə baxmayaraq, İspaniya çempionatının rəhbərliyi tərəfindən qoyulan maliyyə məhdudiyyətləri səbəbindən yeni müqavilə bağlanmayıb və argentinalı azad agentə çevrilib.
O, klubda qalmaq üçün maaşının yarısını verməyə hazır olduğunu etiraf edib. İspaniya komandasının tərkibində Messi 10 dəfə çempionluq, 7 dəfə ölkə kuboku və 4 dəfə Çempionlar Liqasının qalibi olub.
Hücumçu iki il Fransanın PSJ klubunda oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk dəfə Liqa Kubokunu qazanıb.
.