Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə anlaşıb.

"Marca" xəbər verir ki, 37 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalanacaq.

Sözləşmənin 2023-cü il yanvarın 1-də qüvvəyə minəcəyi iddia olunur.

Təcrübəli forvardın illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı vurğulanıb.

Qeyd edək ki, Kriştianu Ronaldunun son klubu İngiltərə "Mançester Yunayted"i olub. "Qırmızı şeytanlar" futbolçunun qalmaqallı müsahibəsindən sonra onunla yolları ayırıb.

.