İsveç gələn yaya qədər NATO-ya üzvlük üçün Türkiyənin ratifikasiyasını gözləməli ola bilər.
Bu barədə İsveçin "Sveriges Radio"su ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirib.
Mənbənin sözlərinə görə, İsveçin NATO-ya üzvlüyü aylarla gecikə bilər.
“Ümid edirəm ki, bu (NATO-nun ratifikasiyası) iyula qədər həyata keçiriləcək”, - mənbə bildirib.
Qeyd edək ki, Ağ Ev məlumat yayıb ki, dekabrın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden NATO çərçivəsində əməkdaşlığı, eyni zamanda, İsveçin NATO-ya üzvlük məsələsini müzakirə ediblər.
Xatırladaq ki, İsveçin NATO-ya üzvlüyü hələ də Türkiyə və Macarıstan parlamentləri tərəfindən ratifikasiya olunmayıb.
.
