İspaniya hökuməti Ukraynaya ağır silahlar, o cümlədən tanklar və zenit-raket kompleksləri verməyə hazırdır.

Bu barədə “El Pais” qəzeti Krallığın Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.

İndiyədək İspaniya hakimiyyəti Ukrayna tərəfinə döyüş sursatı, fərdi mühafizə vasitələri və yüngül silahlar - qumbaraatan və ya pulemyotlar verib.

Hazırda isə İspaniya “Leopard” tankları və zenit-raket komplekslərinin batareyasını tədarük etməyə hazırlaşır.

İspaniya həmçinin Ukrayna ordusuna Qərb tankları ilə işləmək üçün təlim keçməyi təklif edib. Nəşrin mənbələrinə görə, ilkin təlimlər 500 ispan əsgərinin yerləşdiyi Latviyada, daha sonra isə krallığın ərazisində keçirilə bilər.

.