İran İsrailin yüksək rütbəli rəsmilərinə sui-qəsdə cəhd edə bilər.
Yenizaman “Ynet”ə istinadən xəbər verir ki, nazirlərə dünən yüksək səviyyəli təhlükəsizlik rəsmiləri tərəfindən bununla bağlı xəbərdarlıq edilib.
Xəbərdarlıqda deyilir ki, İran və Hizbullahın İsrailə hücumu yüksək rütbəli şəxslərə sui-qəsd şəklində ola bilər.
Xəbərə görə, yüksək səviyyəli təhlükəsizlik rəsmiləri təhlükəsizlik kabinetinə bildiriblər ki, Hizbullah və İran Beyrutda Fuad Şükr və Tehranda İsmayıl Haniyənin öldürülməsinə raketləri və pilotsuz təyyarələri buraxmaq əvəzinə nazirləri, millət vəkillərini, İsrail ordusunun zabitlərini, Şin Bet və ya Mossaddakı yüksək vəzifəli məmurları hədəf alaraq cavab verə bilərlər.