
İran hakimiyyəti müəyyən şərtlər daxilində Birləşmiş Ştatlarla nüvə sazişi imzalamağa hazır olduğunu bildirib.
Bu barədə "NBC News" telekanalına İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şəmxani məlumat verib.
"Şəmxani bildirib ki, İran heç vaxt nüvə silahı istehsal etməməyi öhdəsinə götürür, silah kimi istifadə oluna biləcək yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina edəcək, uranı yalnız mülki məqsədlər üçün lazım olan aşağı səviyyələrdə zənginləşdirməyə razı olacaq və bu prosesin beynəlxalq müfəttişlər tərəfindən nəzarət olunmasına şərait yaradacaq. Bütün bunlar qarşılığında isə İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar dərhal ləğv edilməlidir", — deyə məlumatda qeyd olunur.