Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai Kabildə ev dustağıdır.

Bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, sabiq prezident Həmid Kərzai və Milli Barış üzrə Ali Şuranın başçısı Abdulla Abdulla Kabildə ev dustağıdırlar.

Taliblərin A. Abdullanın evində axtarış apardığı, H. Kərzaini isə mühafizəçisiz və avtomobilsiz qoyduğu qeyd olunub.

.