G7 ölkələri Rusiya neftinin qiymətinə limit qoyulması barədə razılaşıb.

Bu barədə Sky News məlumat yayıb. G7 ölkələrinin maliyyə nazirləri neftlə yanaşı, Rusiyadan alınan qazla bağlı da qiymət limiti tətbiq edəcək.

Limit qiyməti müəyyən olunmuş normadan yüksəsk olacağı təqdirdə, həmin neftin dəniz yolu ilə daşınmasına qadağa qoyulacaq.

Bundan başqa, G7 maliyyə nazirləri Rusiya neftinin qiymətinin üst həddinin texniki məlumatlar əsasında müəyyənləşdiriləcəyini açıqlayıb.

***

“Böyük Yeddilik” (G7) ölkələri maliyyə nazirləri bu gün keçiriləcək görüşdə Rusiya neftinin qiymətinə limit qoyacaq.

Bu barədə “Financial Times” nəşri öz mənbəyinə istinadən yazıb.

Rusiya neftinə limitin dekabrın 5-dən, neft məhsullarına limitin isə 2023-cü il fevralın 5-dən qoyulması planlaşdırılır.

G7 ölkələri Hindistanın da bu məhdudiyyətlərə qoşulmasına ümid edir.

.