Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana geri qaytarılacaq.
Bu barədə informasiya “Sputnik Armenia” vasitəsilə yayılıb.
Məlumatda Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün Kirants və Açarkut kəndlərinə gedərək, yeni yolun tikintisi ilə tanış olduğu bildirilib.
O da vurğulanıb ki, Ermənistandan Gürcüstana istiqamətlənən yoldakı körpü sərhəd delimitasiyası prosesində Azərbaycana veriləcəyi üçün ərazidə yeni yol qovşağı tikilir.
.