İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) texniki xidmət və qırıcıların hazırlanması üçün nəzərdə tutulan anqarlara, F-35, F-16 və F-15 qırıcılarının yerləşdiyi ərazilərə, həmçinin təyyarə sığınacaqlarına 25-40 ballistik raket atıb.
Zərbələri zərərsizləşdirmək üçün İordaniya və ABŞ HHM sistemləri 60-dan çox “Patriot” raketi buraxıb.
Lakin yayılan görüntülərə əsasən, İran raketləri müdafiəni yarmağa nail olub.
Qiymətləndirmələrə görə, bu, İranın ABŞ-la münaqişə tarixində həyata keçirdiyi ən böyük hücumdur.
“Tasnim” xəbər agentliyi SEPAH-ın mətbuat xidmətinə istinadən bildirir ki, raket zərbələri qanadlı raketlər və “Aegis” sistemi ilə təchiz edilmiş iki ABŞ esminesinə; DDG-119 və DDG-53-ə də endirilib.
Bundan əlavə, “Fars” körfəzində Hörmüz boğazını keçməsinin qarşısını almaq məqsədilə 8 tanker və 10 qayda pozan gəmi də hücuma məruz qalıb.
Qeyd edək ki, İran Hörmüz boğazının girişində ABŞ-a məxsus qabaqcıl sualtı aparatın ələ keçirildiyini açıqlayıb. Bu model ötən il silahlanmaya qəbul edilib. Dəniz dronunun qiymətinin təxminən 2,5 milyon dollar olduğu bildirilir.
.
