
Erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan Rusiya vətəndaşlığından məhrum edilib.
Bu barədə "SisMasis” teleqram kanalı yazıb.
Bildirilib ki, Samvel Karapetyan anadan olanda aldığı Rusiya vətəndaşlığından məhrum edilib. Bloqer özü də bu qərarın səbəbini anlamadığını qeyd edib.
Qeyd edək ki, Karapetyana qarşı “hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış” maddəsi üzrə ittiham irəli sürülüb. Hazırda o, həbsdədir.
.