Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Soçidə görüşməyi planlaşdırır.

Bu barədə TASS Türkiyədəki diplomatik mənbəyə istinadən bildirib.

Məlumata əsasən, görüş 4 sentyabr tarixində baş tuta bilər.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Ərdoğanın Soçi səfərinin tarixini açıqlamayıb və ölkə lideri gələn ay Putinlə görüşü istisna etməyib.

Xatırladaq ki, Putinin sözçüsü Dmitri Peskov 3 avqustda prezidentlərin görüş yerinin və dəqiq tarixinin diplomatik kanallar vasitəsilə razılaşdırılacağını bildirib.

Peskov əlavə edib ki, görüş Türkiyədə baş tutmayacaq, indi Putinin ölkədə olması vacibdir və bu səbəbdən hər hansı səfər planlaşdırılmır.

.