Böyük Britaniyanın müdafiə xərcləri 2012-2022-ci illər arasında 14 % artıb, lakin Londonun geosiyasi rəqibləri hərbi maliyyələşdirməni daha da artırıblar.
Bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, qeyd olunan dövrdə İran, Çin və Rusiyanın müdafiə xərcləri müvafiq olaraq 57 %, 60 % və 34 % artıb. Nəşrin qeyd edib ki, oktyabrda Böyük Britaniyanın Maliyyə Nazirliyi gələn il üçün hərbi ehtiyaclar üçün 56,9 milyard funt sterlinq (71,3 milyard dollar) ayrılmasını təsdiqləyib ki, bu da Rusiya Federasiyasının nəzərdə tutduğu rəqəmin yarısıdır.
Böyük Britaniyanın Baş naziri Kir Starmer daha əvvəl bildirib ki, rəsmi London müdafiə xərclərini ÜDM-in 2,5 %-nə qədər artırmaq niyyətindədir. Lakin o, bu məqsədə nə vaxta qədər çatmağın planlaşdırıldığını açıqlamayıb.
.