ABŞ Prezidenti Cozef Baydenin fransalı həmkarı Emmanuel Makronla birlikdə 36 saat ərzində Livanın “Hizbullah” təşkilatı ilə İsrail arasında atəşkəs elan edəcəyi gözlənilir.

Bu barədə "Reuters" Livanın 4 mənbəyinə istinadən məlumat yayıb.

Fransanın Prezident Administrasiyasındakı mənbə bildirib ki, Livanda atəşkəslə bağlı müzakirələr əhəmiyyətli irəliləyiş əldə edib.

“Biz amerikalı tərəfdaşlarımızla bu istiqamətdə işləməyə davam edirik. Ümid edirik ki, bütün iştirakçı tərəflər fürsətdən ən qısa zamanda yararlanacaqlar”, - açıqlamada deyilir.

Bundan əvvəl “Asharq al-Awsat” qəzeti Bayden və Makronun çərşənbə axşamı günü 60 günlük atəşkəs elan edəcəyini xəbər verib.

.