ABŞ-nin hazırkı Prezidenti Co Bayden komandası ilə İranın nüvə obyektlərinə zərbə endirmək planlarını müzakirə edib.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, İranın nüvə obyektlərinə potensial hücum variantlarını Baydenə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan təqdim edib.

Qeyd olunur ki, iranlılar yanvarın 20-dən əvvəl nüvə silahı yaratmaq üçün addımlar atsalar, bu cür tədbirlərin görülə biləcəyi güman edilir.

.