Hərbi ekspert Allan Orr bildirib ki, Qərbdə praktiki olaraq “Stinger” daşınan zenit raket sistemləri tükənib.

Ekspert bu barədə “Newsweek” nəşrinə bildirib.

“Stinger bitmək üzrədir, Rusiya bunu indi bilir”-deyə, o bildirib.

Allan Orr qeyd edib ki, bu, Ukraynanın əks-hücumunu çətinləşdirir, çünki hava müdafiəsi olmayan Ukrayna qoşunları Rusiya minalarından və artilleriyasından keçə bilmir.

“Bu silah olmadan Ukrayna hərbçiləri Rusiyanın hücum helikopterləri üçün asan hədəfə çevrilirlər”.

.