Ukraynadakı vəziyyətin beynəlxalq bazarlara təsiri fonunda Avropa İttifaqının şimal-qərb hissəsində gəmilər üçün yanacaq ehtiyatı tükənir.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edildiyi kimi, Amsterdam, Rotterdam və Antverpen limanlarında dəniz neftinin çatışmazlığı müşahidə olunur.

Son həftələrdə Avropanın şimal-qərbində gəmilər üçün istifadə edilən aşağı kükürdlü dəniz yanacağının qiyməti də artıb.

Moskvaya qarşı beynəlxalq sanksiyaların inkişafı davam etdiyindən bir çox şirkətlər Rusiya nefti və gəmilərindən yayınır.

.