Avropa üçlüyü ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) İrana qarşı sanksiyaların bərpasını nəzərdə tutan “snapback” mexanizminin işə salınması prosesinə böyük ehtimalla sabah start verəcək.

Bu barədə adı açıqlanmayan dörd nəfər diplomat “Reuters“ə məlumat ötürüb.

Onların bildirdiyinə görə, bununla belə Tehranın 30 gün ərzində nüvə proqramı ilə bağlı müəyyən addımlar ataraq sanksiyaların tətbiqinin qarşısını almasına ümid var.

Qeyd edək ki, İran və Avropa üçlüyü nümayəndələri arasında dünən Cenevrə şəhərində görüş keçirilib.

Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəlib.

.