Almaniyanın qərbindəki Haylerkirhen şəhərindəki (Şimali Reyn-Vestfaliya) aviabaza mümkün təxribat şübhələrinə görə bağlanıb.
Bu barədə “Süddeutsche Zeitung” qəzeti ərazi komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, kazarmalar da bağlanıb. Ərazidə içməli suyun mümkün çirklənməsini yoxlamaq üçün araşdırma aparılır. Bazanın öz su təchizatı var.
Xatırladaq ki, NATO-nun kəşfiyyat təyyarələri Haylerkirhen aviabazasında yerləşir.
Bundan əvvəl “Der Spiegel” jurnalı Köln şəhərinin ərazisində Bundesver kazarmasının tam möhürləndiyini, hərbi hissənin ərazisindəki su xəttinin çirklənmiş ola biləcəyini, Almaniya hüquq-mühafizə orqanlarının bunun təxribat olub-olmadığını yoxladığını bildirmişdi.
.