Almaniya, Fransa, Danimarka, İspaniya, İtaliya və Çexiya qadın haqları ilə bağlı etirazları yatırdığı üçün İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı Avropa İttifaqına (Aİ) təkliflər təqdim edib.

Bu barədə "Spiegel" məlumatlı mənbələrə istinadən bildirib.

Mənbələrin verdiyi məlumata görə, təklif edilən sanksiyalar Məsiha Əminin həbsdə öldürülməsi ilə alovlanan ümummilli etirazların dayandırılmasına görə məsuliyyət daşıyan 16 şəxsi, təşkilatı və qurumu hədəf alır.

Sanksiyalarla bağlı təkliflərin oktyabrın 17-də keçiriləcək Aİ ölkələrinin XİN rəhbərlərinin iclasında müzakirəsi gözlənilir.

.