ABŞ Ukrayna üçün yeni hərbi yardım paketi elan edəcək.

Bu barədə "Reuters" agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, gələn həftə Ağ Ev Ukrayna üçün ilk dəfə olaraq tükənmiş uran mərmilərinin daxil olduğu yeni hərbi yardım paketini elan edəcək.

Paketin dəqiq dəyəri hələlik məlum deyil, lakin bu, 240-375 milyon dollar arasında qiymətləndirilir.
"Reuters" bildirir ki, "Rusiya tanklarına qarşı çox təsirli" uran mərmiləri "Abrams" tankları üçün istifadə edilə bilər.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya Ukraynaya tükənmiş uran tərkibli döyüş sursatları göndərib. Birləşmiş Ştatlar ilk dəfə olaraq belə sursatı Ukraynaya göndərəcək.

.