ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək.

Bu barədə "NBCNews"un Ağ Ev müxbiri Peter Aleksandr "Twitter"də bildirib.

"Rusiyanın Ukraynanın şərqinin bəzi hissələrini ilhaq cəhdinə Bayden administrasiyasının “yeni iqtisadi bədəllər”, yəni sanksiyalar elan etməklə cavab verəcəyi gözlənilir. Bu barədə mənə Ağ Ev rəsmisi bildirib", - o qeyd edib.

.