ABŞ Rusiya Prezidenti Vladimir Putini Kaliforniyada keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı (Asia-Pacific Economic Cooperation – APEC) sammitinə dəvət etməyəcək.
Bu barədə “The Washington Post“ nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin sözlərinə görə, ötən il sanksiyalara məruz qalan və ümumiyyətlə ABŞ-a girişi qadağan edilən Rusiya Prezidentinə icazə verilmədiyi təqdirdə APEC sammitinə buraxılmayacaq.
Qeyd edək ki, APEC sammiti bu ilin noyabr ayında Kaliforniya ştatının San-Fransisko şəhərində keçiriləcək. Sammitdə 19 ölkə iştirak edəcək.
.
