ABŞ-dan nümayəndə heyəti Ermənistanın Sünik bölgəsindən keçəcək “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparmaq üçün İrəvana gedəcək.

Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Məlumata görə, amerikalıların səfəri gələn həftəyə planlaşdırılıb. Onlar erməni tərəfi ilə yalnız marşrutun texniki və siyasi detalları deyil, həm də investisiya həcmləri, prioritet istiqamətlər və tikinti işlərinin başlanma müddətlərini müzakirə edəcəklər.

Görüşlərin qapalı rejimdə keçirilməsi nəzərdə tutulur.

.