ABŞ iqtisadiyyatı dünya üçün ciddi nəticələrə səbəb olacaq yeni "superdövr"ə qədəm qoyub.

Bu barədə Business Insider (BI) yazır.

Məqalədə qeyd olunur ki, əvvəlki dövr ABŞ Federal Ehtiyat Sisteminin (FRS) 2008-ci ildə əsas faiz dərəcəsini 0 %-ə endirməsi ilə səciyyələnir ki, qlobal maliyyə sisteminə zərbə vurub.

Qeyd olunur ki, yeni mərhələyə keçid Vaşinqtonun maliyyə siyasətinin bütün proqnozların əksinə olan nəticələri ilə sübut olunur. BI-nin məlumatına görə, yeni iqtisadi superdövrün səciyyəvi cəhəti ölkənin mərkəzi bankı olan ABŞ Federal Ehtiyat Sisteminin (FRS) əsas dərəcəsinin yüksək olmasıdır. Eyni zamanda, dünyada siyasi və iqtisadi qeyri-sabitlik səbəbindən yüksək risklər və inflyasiya təsirləri ola bilər.

İqtisadçıların proqnozlarına görə, gələcəkdə FED-in uçot dərəcəsi təxminən 3,5 % təşkil edəcək ki, bu da kreditlərin bahalaşmasına, əmanətlərin və onlar üzrə gəlirlərin artmasına, iqtisadi artıma, eləcə də işçi qüvvəsinə tələblərin sərtləşməsinə səbəb olacaq.

.