ABŞ Dövlət katibi Marko Rubio Almaniyaya başqa təyyarə ilə yola düşüb.

Bu barədə “ABC News” telekanalı Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Buna səbəb onun ilkin təyyarəsinin texniki nasazlıq səbəbindən Endrüs aviabazasına qayıtmaq məcburiyyətində qalması olub.

"Dövlət katibi Rubio indi daha kiçik təyyarə ilə təhlükəsiz şəkildə Münxenə gedir", - mənbə bildirib.

M.Rubio bu gün Münxen Təhlükəsizlik Konfransında iştirak etməlidir.

.