ABŞ hökuməti Çindən ballistik raketlərin istehsalı texnologiyasının Səudiyyə Ərəbistanına ötürən tərəfləri bəlli etmək və onlara sanksiya tətbiq etməyə hazırlaşır.

Bu barədə ABŞ hökumətində məlumatlı mənbələr telekanala açıqlama veriblər.

Mənbələr bildiriblər ki, son bir neçə ay ərzində Konqresin bəzi üzvləri Çin və krallıq arasında ballistik raket texnologiyalarının ötürülməsi ilə bağlı yeni kəşfiyyat məlumatları ilə tanış olublar.

Əlavə edilib ki, Bayden administrasiyası ötürülmələrdə iştirak edən bəzi təşkilatlara sanksiya tətbiq etməyə hazırlaşır, baxmayaraq ki, Konqresdə bəziləri Ağ Evin Səudiyyə hökumətinə təsirli sanksiyalar tətbiq etmək istəməməsindən narahatdırlar.

CNN qeyd edib ki, ABŞ kəşfiyyat qurumları Səudiyyə Ərəbistanının hazırda Çinin köməyi ilə öz ballistik raketlərinin istehsalı üzərində fəal işlədiyinə əmindirlər.

Telekanalın məlumatına görə, Səudiyyə Ərəbistanı əvvəllər Çindən ballistik raketlər alıb, lakin indiyədək özünün raketlərini ərsəyə gətirə bilməyib, amma son peyk görüntüləri krallığın hazırda ən azı bir obyektdə raketlər istehsal etdiyini göstərir.

.