
Eyyub Quliyev: "" Dünya qaranlığa qərq olacaq” fikri tamamilə uydurmadır"
ABŞ-ın NASA kosmik agentliyi 2014-cü il dekabrın 16-dan 22-nə kimi Yer kürəsinə qaranlıq çökəcəyini bildirib
Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, NASA bunu həmin tarixdə son 3 əsrin ən güclü maqnit qasırğasının baş verməsi ilə əlaqələndirib.
Maqnit qasırğası Günəş işğının 90 faizinin qarşısını kəsəcək. Anomal hadisə Günəş səthində yerləşən AR2192 ləkəsindən plazmanın ayrılmasına görə baş verəcək. Məhz bu ləkədən ayrılan nəhəng plazma kütləsi 16-30 oktyabr tarixlərində Yer kürəsində yüksək maqnit aktivliyə səbəb olub. Dekabrın 16-22-də isə bu anomal hadisə öz zirvə nöqtəsinə çatacaq.
Yer sakinləri "Şimal parıltısı”nı müşahidə edə biləcəklər. Bu zaman səma rəngini qırmızı, çəhrayı və s. rənglərə dəyişəcək. Bəşəriyyət 16 dekabrdan başlayaraq tam bir həftə ərzində çox uzun gecə, çox qısa günlə üzləşəcək.
Amma ABŞ-ın NASA agentliyinin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri bunun əvvəlki proqnozlar kimi uydurma, digərləri isə inandırıcı olduğunu deyir.
Şamaxı Astrofizika Rəsədxanasının direktoru Eyyub Quliyev də sayta açıqlamasında dünyada belə bir prosesin baş verməyəcəyini və təşviş üçün heç bir əsas olmadığını bildirib: "Şamaxı Astrofizika Rəsədxanası olaraq bəyan edirik ki, "dünya qaranlığa qərq olacaq” fikri tamamilə uydurmadır. Belə bir proses baş verməyəcəyindən Azərbaycana da heç bir təsiri olmayacaq”.
.