Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın bibisi Kim Kyonq-hui ərinin edamından sonra Avropaya qaçıb. Bu barədə ictimaiyyətə Yaponiyada dərc olunan "Yimuri Shizun" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, KXDR prezidentinin bibisi 2013-cü il dekabr ayında İsveçrəyə gedib və ardınca Polşada səfir olan ögey qardaşı Kim Pyonqilin yanında məskunlaşıb.
Buna qədər Kim Kyonq-huinin ötən il ərinin edamından sonra intihar etməsi barədə məlumat yayılmışdı.
.
