Şimali Koreya hakimiyyəti ölkədəki xarici jurnalsitlərə "böyük və vacib bir hadisənin baş verməsinə hazır olun!”-çağırışı edib.

Xarici mətbuat xəbər verir ki, hazırda Şimali Koreyada 200 xarici jurnalist fəaliyyət göstərir.

"Reuters”-in xəbərinə görə, Şimali Koreya "vacib hadisə” barədə ətraflı məlumat vermir. Amma vurğulanır ki, bundan əvvəl hökümətin etdiyi but tip çağırışlar ölkə daxilində hansısa kiçik bir hadisəylə bağlı olub.

Məlum səbəblərdən adının gizli saxlanıldığı və hazırda Şimali Koreya əraizində olan jurnalsitlərdən biri Pravda.ru saytına müsahibə verərək ölkə əhalisinin Kim Çen Inın Koreya yarımadasındakı ABŞ hərbi gəmilərini vurmağa hazırlaşdığını müzakirə etdiyini deyib:

"Burda insanlar müharibəyə hazırdırlar, TV-də geniş təbliğat gedir. İnsanlara böyük müharibəyə və qələbəyə hazır olmaqla bağlı çağırışlar edilir.”

Çin KİV-nin yaydığı məlumata görə, çox sayda hərbçi və həkimlər Şimali Koreya ilə sərhəddə göndərilib. Amma bu məlumat Çin höküməti tərəfindən nə təsdiq, nə də inkar edilir.

Artıq illərdir ki, Seulda yaşayan rusiyalı şərqşünas Andrey Lankov bəyan edib ki, Şimali Koreya ABŞ hərbi gəmilərini vursa, onda Seulun 25 milyonluq əhalisi üçün ciddi təhlükə yaranacaq.

Bundan başqa, dünya mətbuatı "Navy SEALS Team 6” xüsusi təyinatlı dəstəsinin Koreya yarımadasına gəlməsi barədə xəbər yayıb. The Sun qəzetinin məlumatına görə hazırda xüsusi təyinatlılar tərəfindən Kİm Çen Inın məhv edilməsi barədə plan hazırlanır. Terrorçu Usama bin Ladeni məhz bu dəstə ələ keçirmişdi.


.