Şimali Koreya lideri Kim Çen İn gec də olsa Ankaradakı terror aktı ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı göndərib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Koreya Demokratik Xalq Respublikasının Xalq Şurası Kim Yongun adından göndərilən başsağlığı mesajı dövlət agentliyində dərc edib.
Xatırladaq ki, Ankaradakı terror aktı oktyabrın 10-da törədilib. Terror aktı nəticəsində son məlumata görə, 106 nəfər dünyasını dəyişib.
.