Şimali Korey lideri Kim Çen In öz səlahiyyətlərinin yarısını kiçik bacısı Kim Yo Çjona  verib.

“YonhapNews”un Cənubi Koreyanın Kəşfiyyat xidmətinə istinadla verdiyi məlumata görə, o, stressi azaltmaq üçün belə edib.

Məlumata görə, KXDR rəhbəri əvvəlki kimi tam hakimiyyətə malik olacaq, lakin tədricən öz vəzifələrini kiçik bacısına ötürəcək.

“Yo Çjon - de fakto iki nömrəli liderdir, ancaq varis hələ seçilməyib”, - deyə mənbədən agentliyə bildirilib.


Məlumata görə, Şimali Koreya liderinin bacısı səlahiyyətlərinin çoxunu qəbul etsə də, hakimiyyəti bölüşən yeganə şəxs deyil. O, Cənubi Koreya və ABŞ-la siyasətdə məsuldur, həmçinin bir sıra ümumi məsələlərə cavabdehdir.

Dövlət Məsələləri üzrə Komissiya sədrinin müavini Pak Ponq Cu və yeni baş nazir Kim Tok Hun isə iqtisadi sahəni nəzarətə götürüblər.

.