Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In BMT-nin dəstəklədiyi peyvənd proqramı çərçivəsində təklif olunan bəzi xarici koronavirus peyvəndlərindən imtina edib.

“NBC News” xəbər verir ki, Koreya İşçi Partiyası Siyasi Bürosunun iclasında Şimali Koreya lideri virusların qarşısının alınması və tibb işçilərinin ixtisaslarının artırılması üçün maddi və texniki vasitələrə ehtiyac olduğunu qeyd edib.

Qeyd edək ki, daha əvvəl KXDR 3 milyona yaxın COVID-19 peyvəndindən imtina edib. Şimali Koreya səlahiyyətliləri ölkəyə təklif olunan bu dozaların başqa yerə yönləndirilməsini istəyib.

Xatırladaq ki, 2020-ci ilin sonunda rəsmi Pxenyanın aşağı gəlirli ölkələrə peyvənd tədarük edən beynəlxalq COVAX proqramına qoşulmaqda maraqlı olduğu bildirib.

.