“Turnirlə vidalaşmağın acısı böyükdür. Bu səhifəni çevirib arxada qoymaq çətindir”.

Bunu Fransa millisinin futbolçusu Killian Mbappe deyib.

AVRO-2020-nin 1/8 final mərhələsinin İsveçrə ilə matçının (3:3) taleyini penaltilər seriyası həll edib. 11 metrlik zərbəni qaçıran Mbappe “üçrənglilər”in məğlubiyyətində pay sahibi olub. O, matçdan sonra buna görə üzr istəyib: “Hədəfimizə çata bilmədik. Bu penaltiyə görə üzr istəyirəm. Mən komandaya kömək etmək istəyirdim. Amma uğursuzluqla üzləşdim. Yatmaq çətin olacaq. Təəssüf ki, çox sevdiyim bu idman növünün riskləri belədir. Bilirəm ki, siz azarkeşlər məyussunuz. Dəstəyə və həmişə bizə inandığınıza görə təşəkkür edirəm. İndi qarşıdakı sınaqlar öncəsi daha güclü olmaq vacibdir. İsveçrəni təbrik edir və uğurlar arzulayıram”.

.