Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı irəli sürdüyü təzminat iddiası ilə bağlı qərar açıqlanıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 24-cü Hüquq Məhkəməsi partiya sədrinin iş adamına 5 min türk lirəsi təzminat ödəməsi barədə qərar çıxarıb.
CHP lideri partiyasının 22 aprel 2014-cü il tarixli toplantısında deyib ki, Zərrab saxtakarın biridir, Türk bayrağının fonunda şəkil şəkdirməklə əsl simasını gizlətməyə salışır.
Zərrabın vəkilləri müvəkkilinin təhqir və böhtana məruz qaldığını bildirərək Kamal Kılıçdaroğluna qarşı 100 min lirə təzminat iddiası açmışdı.
