
Dövlət departamentinin rəsmisi fevralın 5-də deyib ki, Dövlət katibi Con Kerri iranlı həmkarı Mohammad Javad Zərif ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşəcək, "hazırda gedən nüvə danışıqlarını müzakirə edəcək".
İki diplomat ötən ay Cenevrədə təkbətək görüşüb. Qərb əmin olmaq istəyir ki, İran nüvə silahı hazırlamır. Tehran isə iqtisadiyyatına ziyan vuran sanksiyaların bitməsinə çalışır.
Altı dövlət və İran martadək siyasi çərçivə razılaşması, iyunun 30-dək isə tam saziş əldə etməyə çalışır. .